“Sumqayıt” FK-nun oyunçusu İrlandiya ilə matçda meydana çıxacaq

Total
0
Shares
Foto Sumqayıt FK-nun rəsmi saytından
Foto Sumqayıt FK-nun rəsmi saytından

“Sumqayıt” klubunun futbolçusu bu gün İrlandiya yığması ilə qarşılaşmada Azərbaycan millisinin heyətində oyuna çıxacaq. Matç bu gün, 4 sentyabr saat 20:00-da baş tutacaq.

İrlandiyanın paytaxtı Dublində keçiriləcək DÇ-2022-nin seçmə mərhələsində “Sumqayıt” FK-nun 28 yaşlı müdafiəçisi Höccət Haqverdi meydana çıxacaq.

Haqverdi 1 sentyabr tarixində Lüksemburq-Azərbaycan matçında da iştirak etmişdir. Həmçinin yığmamız sentyabrın 7-si Bakıda, Olimpiya stadionunda Portuqaliya yığması ilə üz-üzə gələcək.