“Sumqayıt” FK Premyer liqanın növbəti oyununda turnir cədvəlinin lideri ilə üz-üzə gələcək. Oyun “CBC Sport” telekanalı vasitəsi ilə yayımlanacaq.
26 sentyabr, bazar günü “Sumqayıt” FK “Qəbələ” FK ilə qarşılaşacaq. Matç saat 19:15 də Sumqayıtda, “Kapital Bank Arena” stadionunda baş tutacaq.
Bu komandalar arasında 16 aprel tarixində keçirilən son oyunda Sumqayıtı təmsil edən komanda 2-0 hesabı ilə inamlı qələbə qazanmışdır.