Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sumqayıt FK” qonaq komanda şəklində “Səbail FK” ilə üz-üzə gələcək. Matç 12 sentyabr, bazar günü keçiriləcək.
Qarşılaşma 18:00-da Bakıda “ASCO arena” stadionunda başlayacaq. Oyun “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Premyer liqa çərçivəsində klublar arasında Bakıda keçirilən son oyunda Sumqayıt təmsilçisi 0-1 hesabı ilə rəqibini məğlub etmişdir.