Sumqayıt FK: premyer liqanın 9-cu turunu qələbə ilə bitirib

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Premyer liqanın 9-cu turunun son matçında “Sumqayıt” klubu “Kapital Bank Arena” stadionunda “Səbail” ilə qarşılaşıb. Sumqayıtı təmsil edən komanda Rəhim Sadıxovun 37-ci dəqiqədə və Səid Rzanın 74-cü dəqiqədə vurduğu qollarla rəqibini 2-0 hesabı ilə məğlub edib.

Hal-hazırda şəhərimizi təmsil edən klub 11 xalla 5-ci pillədə qərarlaşıb.