“Sumqayıt” FK Premyer liqanın Vll turunda “Neftçi”ni 3 xalsız qoydu. Bu haqda Report-a istinadən xəbər veririk.
“Kapital Bank Arena” stadionunda gərgin keçən oyun 1-1 hesabı ilə bitib. Belə ki, Sumqayıt komandasından Murad Xaçayev, rəqib klubdan isə Sabir Buqrin fərqlənib.
Bu matçdan sonra “Sumqayıt” klubu 8 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşdı.
Qeyd edək ki oyunun 77-ci dəqiqəsində, klubumuzun və millimizin hücumçüsu 3 həftəlik zədədən yenicə bərpa olunmuş Əli Qurbani yenidən zadələnib. O, rəqib komandanın oyunçusu Voislav Stankoviçlə toqquşma nəticəsində dizindən zədələnib və oyunu davam edə bilmədiyindən Səid Rza ilə əvəzlənib.