Premyer liqanın 3-cü turunda “Sumqayıt” FK “Səbail” klubunun qonağı olub. Oyun “CBC Sport” telekanalında yayımlanıb.
“ASCO arena” stadionunda keçirilən matçda “Səbail” FK “Sumqayıt” FK-na minimal 1-0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu Cabir Əmirli vurub. Nəticədə, Sumqayıt təmsilçisi turnir cədvəlində 4-cü yerdə qərərlaşıb.
Adıçəkilən komandalar arasında keçirilən son 2 matçda “Sumqayıt” klubu “Səbail”i məğlub etmişdir.