“Sumqayıt” FK: “UEFA” reytinqində tutduğu pillə açıqlanıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

“UEFA” reytinqində “Sumqayıt” FK-nun tutduğu pillə məlum oldu. Bu haqda “UEFA”nın rəsmi saytında məlumat yayılıb.

Belə ki, şəhərimizi layiqli təmsil edən və hesabında 3,4 xalı olan komanda, eləcə də “Səbail” və “Zirə” 307-ci yerdə qərarlaşıblar. İlk “100 – lük”də isə yalnız “Qarabağ” yer alıb. Klub 25 xalla 59-cu yerdədir.

Qeyd edək ki, reytinqdə Avropanın 433 klubunun adı var.