UEFA “Sumqayıt” futbol klubuna vəsait ayırıb. Bu haqda bu gün, 17 avqust məlum olub.
2021/2022 mövsümündə Konfrans liqasının təsnifat mərhələsində iştirakına görə UEFA tərəfindən Sumqayıt klubuna 450 min avro (900 min manat) mükafat verilib. Pul AFFA vasitəsiylə klubun hesabına köçürülüb.
“Sumqayıt” FK 2 il ard-arda avrokuboklara vəsiqə qazanır. Klub 2020-ci ildə ilk dəfə Avropa liqasında iştirak etmişdir. 2021-ci ildə isə Sumqayıtı təmsil edən komanda ilk dəfə keçirilən Konfrans liqasının 2-ci mərhələsində mübarizəni dayandırmışdır.