“Sumqayıt” FK yeni transferə imza atdı

Total
0
Shares
Foto "Sumqayıt" FK Facebook səhifəsindən
Foto “Sumqayıt” FK Facebook səhifəsindən

“Sumqayıt” FK 2021/2022 mövsümü üçün yeni transferə imza atıb. Bu haqda klubun rəsmi səhifəsində bildirilib.

Sumqayıt şəhərini təmsil edən komanda əvvəllər İranın “Maşınsazi”, “Havadar” kimi klublarında, son olaraq isə “Aluminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçusu Səid Rzanı öz heyətinə qatıb. Rza ilə 1 illik müqavilə bağlanılıb və o “23” nömrəli formada çıxış edəcək.

Daha öncə, “Sumqayıt” FK akademiyanın 6 futbolçusu ilə peşəkar müqavilə imzalamışdır.