“Sumqayıt” FK yoldaşlıq matçında “Səbail” FK ilə qarşılaşacaq

Total
0
Shares
Foto sumqayit fk
Foto sumqayit fk

“Sumqayıt” FK Bakı Olimpiya Stadionunda yoldaşlıq matçına çıxacaq. Bu haqda klubun rəsmi Facebook səhifəsində paylaşılıb.

Milli komanda oyunları ilə əlaqədar Premyer Liqada fasilə yaranıb. Bu fasilədən istifadə edən “Sumqayıt” FK “Səbail” FK ilə yoldaşlıq matçına çıxaçaq.

Oyun noyabr ayının 13-də saat 14:00-da Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçiriləcək.

Qeyd edək ki, komandalar 2 həftə öncə futbol üzrə Azərbaycan çempionatının IX turunda qarşılaşıblar. Komandamız 2 cavabsız topla oyunda qalib gəlmişdir.