“Sumqayıt” FK yoxlama oyununda “Sabah” FC ilə qarşılaşacaq

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

“Sumqayıt” futbol klubu növbəti dəfə yoxlama oyunu keçirəcək. Bu haqda Sumqayıt təmsilçisinin rəsmi səhifəsində bildirilib.

Komandamız 4 sentyabr, saat 19:00-da “Sabah” FC ilə üz-üzə gələcək. Matç “Bank Respublika Arena” stadionunda keçiriləcək.

Premyer liqanın 2-ci turunda, “Sumqayıt” FK “Sabah” klubunu 2-0 hesabı ilə məğlub etmişdir. Hal-hazırda sumqayıtlılar liqada 1-ci pillədə qərarlaşıblar.