“Sumqayıt” FK “Zəfər turu” çərçivəsindəki rəqibi müəyyənləşdi

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

“Sumqayıt” FK “Zəfər turu” çərçivəsində turnir cədvəlinin cari lideri ilə qarşılaşacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat paylaşılıb.

Sumqayıt təmsilçisi bu turda Ağdamın “Qarabağ” klubu ilə üz-üzə gələcək. Oyun 7 noyabr saat 19:30-da, “Kapital Bank Arena” stadionunda baş tutacaq. Matç “CBC Sport” kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanda 8 noyabr- 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar “Zəfər Günü” olaraq təsis edilib və Premyer Liqanın X turu məhs buna həsr edilib.