Sumqayıtın əməkdar məşqçisi Sabir Əliyev dünyasını dəyişib. Bu barədə bu gün, 6 sentyabr tarixində məlum olub.
Məlumata görə Əliyev uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.
Qeyd edək ki, Sabir Əliyev “Sumqayıt” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru olub.