“Sumqayıt” Futbol Akademiyasının direktoru Almaniyaya yollanıb

Total
0
Shares
Foto sfc.az sayt
Foto sfc.az sayt

“Sumqayıt” Futbol Akademiyasının direktoru Almaniyaya yollanıb. Bu barədə “Sumqayıt” FK məlumat yayıb.

Direktor Hakan Sünal təcrübə məqsədi ilə Bundesliqa təmsilçisi “Hoffenhaym”ın düşərgəsinə yollanıb. O, “Hoffenhaym” akademiyasının direktoru Yens Rasieyevski ilə görüşüb və akademiyanın iş prinsipi ilə tanış olub.

Hakan Sünal düşərgədə olduğu müddətdə mütəmadi olaraq Almaniya təmsilçisinin məşqlərini izləyəcək.