“Sumqayıt” Futbol Akademiyasının məşqçisi “Dinamo Kiyev”in düşərgəsində

Total
0
Shares
Envato
Envato

“Sumqayıt” Futbol Akademiyasının “A” kateqoriyalı məşqçisi təcrübə üçün “Dinamo Kiyev”in düşərgəsinə yollanıb. Bu haqda “Sumqayıt” klubu xəbər yayıb.

Məşqçimiz Zaur Hidayətov Ukrayna təmsilçisinin məşqlərini izləyib. Hidayətov ilk öncə “Dinamo” klubunun akademiyasının koordinatoru Aleksandr İşenko ilə, daha sonra isə əsas komandanın çalışdırıcısı Mirça Luçesku ilə görüşüb. “Sumqayıt”ın məşqçisi onların iş sistemi ilə tanış olub və qarşılıqlı fikir mübadiləsi aparıb.

Bundan əvvəl, Sumqayıt futbol klubunun baş məşqçisi Ayxan Abbasov “Trabzonspor”un düşərgəsinə yollanmışdı.