“Sumqayıt” futbol klubu Akademiyanın 6 futbolçusu ilə peşəkar müqavilə imzaladı

Total
0
Shares
Foto Sumqayıt FK Facebook səhifəsindən
Foto Sumqayıt FK Facebook səhifəsindən

“Sumqayıt” futbol klubu 6 futbolçu ilə peşəkar saziş imzaladı. Bu barədə klub öz rəsmi səhifəsində bildirib.

Məlumata əsasən, “Sumqayıt” Futbol Akademiyasının futbolçuları Xəyal Fərzullayev (qapıçı), Nihad Ağayev, Nurlan Bayramov (müdafiəçilər), Tural Axverdiyev, Rüstəm Hümbətov (yarımmüdafiəçilər) və Əjdər Hacılı (hücumçu) peşəkar klub ilə 3 illik müqavilə bağlayıb.