Premyer liqanın 2-ci turunda “Sumqayıt” futbol klubuna rəqib olan klubun futbolçusu koronavirusa yoluxub. Bu barədə 20 avqust məlumat yayılıb.
Azərbaycan millisinin oyunçusu 26 yaşlı yarımmüdafiəçi Aleksey İsayevin həftənin əvvəlində verdiyi testin nəticəsində koronavirusa yoluxduğu məlum olub.
O, sabah Sumqayıtda keçiriləcək oyunda iştirak edə bilməyəcək. Həmçinin İsayevin sentyabrın 1-i Lüksemburqla, 4-ü İrlandiya ilə, 7-si isə Portuqaliya ilə milli yığmalar arasında keçiriləcək DÇ-2022-nin seçmə mərhələsində meydana çıxa bilməyəcəyi gözlənilir.
“Sumqayıt” – “Sabah” futbol klublarının oyunu sabah, 21 avqust 20:00-da “Kapital Bank Arena”da keçiriləcək.