“Sumqayıt” futbol klubunun Premyer liqadakı növbəti rəqibi bəlli olub.
Sumqayıt şəhər təmsilçisi 1 oktyabr tarixində Bakının “Zirə” komandası ilə qarşılaşacaq. Bakıda, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matça saat 18:00-da start veriləcək.
Hal-hazırda liqanın turnir cədvəlində “Sumqayıt” FK 7 xalla 5-ci, “Zirə” FK isə 8 xalla 4-cü yerdə qərarlaşıb.