“Sumqayıt” futbol klubuna vitse-prezident təyin olunub

Total
0
Shares
Foto resmisfc.az
Foto resmisfc.az

“Sumqayıt” futbol klubuna yeni vitse-prezident təyin olunub. Bu haqda Sumqayıt təmsilçisinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, sözügedən vəzifəni Sumqayıt Dövlət Universitetinin məzunu 48 yaşlı Aydın Xəlilov icra edəcək. O, həmdə “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir.

Xatırladaq ki, klubun sabiq vitse-prezidenti SOCAR “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışan Vaqif Ömərov 23 fevral 2021-ci il tarixində 69 yaşında vəfat etmişdir.