“Sumqayıt” futbol klubunun baş məşqçisi “Trabzonspor”lu həmkarı ilə görüşüb

Total
0
Shares
Foto Sumqayıt Fk-nun rəsmi saytından
Foto Sumqayıt Fk-nun rəsmi saytından

Sumqayıt futbol klubunun baş məşqçisi Ayxan Abbasov Türkiyə Super Liqasının təmsilçisi “Trabzonspor”un düşərgəsinə yollanıb. Bu haqda Sumqayıt təmsilçisinin rəsmi saytında bildirilib.

Təcrübə məqsədi ilə Trabzona yola düşən Abbasov “Trabzonspor”un bir neçə məşqini izləyib. Daha sonra komandamızın məşqçisi həmkarı, adıçəkilən klubun məşqçisi Abdullah Avcı ilə görüşərək onun iş sistemi ilə yaxından maraqlanıb.

Həmçinin görüş zamanı Ayxan Abbasov Avcıya “Sumqayıt” klubunun “61” nömrəli oyun geyimin təqdim edib.

 

Qeyd edək ki, hal-hazırda hər iki klub çıxış etdiyi liqalarda liderdilər.