“Sumqayıt” futbol klubunun növbəti rəqibi məlum olub. Bu haqda Peşəkar Futbol Liqasının saytına istinadən xəbər veririk.
Premyer liqanın lX turunda Sumqayıtı təmsil edən peşəkar komanda öz meydanında “Səbail” klubunu qəbul edəcək. Oyun 31 oktyabr, bazar günü “Kapital Bank Arena” stadionunda, saat 18:15-də başlayacaq.
XIII turdan sonra “Sumqayıt” FK Turnir cədvəlində 5-ci yerdə, paytaxt təmsilçisi isə 7-ci yerdə qərarlaşıb.