Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin komandası (GİBİ) “Unutma, YAŞAT!” şüarı altında təşkil edilən mini futbol turnirinində yüksək nəticə göstərib. Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Sumqayıt GİBİ komandası Azərbaycan Futbol Veteranları İttifaqına 5 – 1 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Sumqayıt GİBİ yığması ilə yanaşı Qax Gİİ, Tovuz Gİİ və Güləş Federasiyası komandaları yarımfinalda iştirak edəcəklər.