Sumqayıt Gənclər və İdman Baş İdarəsi komandasının mini futbol turnirindəki növbəti rəqibi bəlli olub. Bu haqda Gənclər və İdman Nazirliyinin rəsmi Facebook səhifəsində məlumat yayılıb.
Nazirlik tərəfindən həvəskarlar arasında “Unutma, YAŞAT!” şüarı altında təşkil olunan turnirdə, püşkatmaya əsasən yarımfinalda Sumqayıt GİBİ Güləş Federasiyasının komandası ilə qarşılaşacaq. Oyun bu gün, 6 noyabr saat 12:00-da başlayacaq.
Qeyd edək ki, digər yarımfinal matçı, saat 13:00-da Tovuz və Qax Gİİ-ləri arasında keçiriləcək.