Bu gün, 2 noyabr tarixində Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası” layihəsi çərçivəsində növbəti təlim keçirildi. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Facebook da məlumat yayıb.
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən 2-ci görüş zamanı təlimçi Ramil Süleymanov iştirakçılara robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiyalar barədə bəhs edib.
Həmçinin, gənclərə “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və “Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb
Qeyd edək ki, təlimdə 30 nəfər iştirak edib və sonra hər birinə sertifikatlar təqdim edilib.