Sumqayıt Dövlət Rəsm Qalereyasında “Zəfər tarixinin rəngləri” adlı sərgi keçirildi. Bu haqda şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Gənclər və İdman Baş İdarəsi və Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi 44 günlük Vətən müharibəsinə həsr edilmişdir. Buraya gələn qonaqlar yeniyetmə və gənc rəssamların nümayiş etdirdiyi əl işlərinə baxış keçirmişlər. Tədbirin bədii hissəsində isə gənclər şeir və musiqi kompozisiyaları ilə çıxış etmişlər.
Sərginin əsas məqsədi istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və onların asudə vaxtlarını səmərəli keçirilməsi, həmçinin, “Vətən müharibəsinin” əbədiləşdirilməsi idi.
Sonda Baş İdarə gənc istedadları diplom və hədiyyələrlə təltif etdi.