Sumqayıt: gənclər Heydər Əliyevə həsr olunmuş görüşə qatıla bilərlər

Total
0
Shares
Foto Az student youth organiz union Faebook
Foto Az student youth organiz union Faebook

9 dekabr, saat 16:00-da Sumqayıt Heydər Əliyev mərkəzində “Əbədi liderin iziylə” layihəsi keçiriləcək. Bu haqda Tələbə Gənclər Təşkilatının (TGT) rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.

Layihə – Sumqayıt Dövlət Universiteti TGT və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən, “Hədəf 5%” proqramı çərçivəsində təşkil edilir.

Tədbir zamanı mərkəzdə ekskursiya təşkil olunacaq, Heydər Əliyevin həyatı haqqında qısametrajlı film izləniləcək və seçilmiş mövzu ətrafında müzakirə təşkil olunacaq.

Maraqlananlar, əlavə məlumat almaq və iştirak etmək üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər:

Tel: (050) 722-73-71