Sumqayıt: gənclər “Könüllülük Akademiyası-8” proqramında iştirak edə bilərlər

Total
0
Shares
Foto Sumqayıt Gənclər Evi
Foto Sumqayıt Gənclər Evi

Bu gün, 15 noyabr tarixində Sumqayıt Gənclər Evi “Könüllülük Akademiyası-8” proqramına qəbula start verib.

Könüllük proqramında 15-27 yaş arası gənclər iştirak edə bilərlər. Müsabiqəni uğurla başa vuran şəxslər Gənclər Evində könüllü kimi fəaliyyətə başlayacaqlar. Proqramı bitirənlərin hər birinə sertifikat veriləcək.

3 ay davam edən könüllülük proqramına qoşulmaq istəyən şəxslər 15 dekabr tarixinədək aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

https://sumgaityouthhouse.az/konullu-qeydiyyati/