Sumqayıt gəncləri ABŞ-ın Milli Karyera İnkişafı Assosiasiyasının üzvü ilə görüşə bilərlər

Total
0
Shares
Foto Sumqayıt Karyera və Psixologiya Mərkəzi
Foto Sumqayıt Karyera və Psixologiya Mərkəzi

Sumqayıt gəncləri ödənişsiz “Karyera təlimi”ndə iştirak edə bilərlər. Görüşü Sumqayıt Karyera və Psixologiya Mərkəzi təşkil edir.

Təlimçi qismində ABŞ-ın Milli Karyera İnkişafı Assosiasiyasının üzvü, “Career Master”, DİM-in “Abituriyentin bələdçisi” kitabının müəllifi Samir Vəliyev çıxış edəcək.

Burada gənclər aşağıda ki suallara cavab tapa biləcəklər:

1)Özünə uyğun peşəni, ixtisası necə seçməli?

2)Uğurlu karyeranı necə qurmalı?

3)Yaxşı iş tapmaq üçün nə etməli?

4 dekabr, saat 12:00-da “Youtube” plaforması üzərindən keçiriləcək görüşə qatılmaq üçün gənclər –  ad-soyadını və təvəllüdünü (050)224-18-00 nömrəsinin “Whatsapp”-ına göndərə bilərlər.

Qeyd edək ki, fəal iştirakçılar:

  • Müştərilərlə əlaqələr üzrə menecer;
  • Təlim və imtahanların təşkili şöbəsinin meneceri;
  • Bölgələrlə əlaqələr üzrə menecer;
  • Məktəblərlə əlaqələr üzrə menecer – vakansiyalarına praktiki işə dəvət olunacaqlar.