Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Hədəf düşməndir” adlı tir atıcılığı yarışı keçirilib. Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
7 komandanın iştirak etdiyi yarışda gənclər pnevmatik tüfəngdən hədəfi dəqiq nişan alma mübarizəsində öz bacarıqlarını sınayıblar. Qaliblər: I yeri Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin “Komando”, II yeri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin “Aypara”, III yeri isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Nişançılar” komandası tutub.
Qalib komandalar Baş İdarənin medal, fəxri fərman və hədiyyələri ilə təltif ediliblər.