Ölkə ərazisində, həmçinin Sumqayıtda həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən 1 oktyabr 2021-ci il tarixindən etibarən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş qadağa ləğv olunur.
Əlavə olaraq, istirahət və əyləncə məkanlarının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa olunur.