Sumqayıt: həftəsonu keçiriləcək kitab sərgisində bir sıra məşhur iştirak edəcək

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda baş tutacaq “I kitab sərgisi”ndə bir sıra məşhurun iştirakı planlaşdırılır. Bu haqda Sumqayıt24 Azərbaycan Nəşriyyatları İctimai Birliyinin(ANİB) rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Belə ki, 30-31 oktyabr tarixlərində “Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək sərgidə aşağıdakı şəxslər iştirak edəcəklər:

30 oktyabr

  1. Elçin Əzimli ( “İmza mərasimi”, saat 12:00-13:00);
  2. Arzu Nağıyev ( “Qara kabus” kitabının imza mərasimi, saat 12:00-13:00);
  3. Tahir Tahiroviç və Sevda Sultanova ( “Kitab və film müzakirələri”, saat 12:00-13:00);
  4. Lamiyə Göycəyeva və Çinarə Əhmədova ( “Tərcümə ədəbiyyatı bu gün”, saat 13:00-14:00);
  5. Promete ( “Kitab söhbəti”, saat 14:00-15:00);
  6. Rafiq İsmayılov və Şəmil Sadiq ( “Azərbaycan dilinin tədrisi: məzmun və qiymətləndirmə” mövsusunda təlim, saat 16:00-17:00);
  7. Qulu Məhərrəmli, Elçin Şıxlı və Arif Əliyev ( “İmza mərasimi”, saat 16:00-17:00).

  31 oktyabr

  1. Rəsul Həsən ( “Qrafik dizaynın əsasları” kitabının imza mərasimi, saat 11:00-12:00);
  2. Anar Adil, Əziz Yaqubzadə və Kamal Yaşar ( “Bədii qiraət”, saat 12:00-13:00);
  3. Rəşad Məcid, Səlim Babullaoğlu və Əkbər Qoşalı ( “Şeir saatı”, saat 12:00-13:00);
  4. Orxan Şahbaz ( “Kitab nəyimizə lazımdır?” mövzusunda təlim, saat 13:00-14:00);
  5. Toğrul Mehdi ( “İmza mərasimi”, saat 14:00-15:00);
  6. Varis Yolçuyev ( “İmza mərasimi”, saat 14:00-15:00)
  7. Mövsüm Əmiraslanov ( “Yarım qalan İstanbul” kitabının imza mərasimi, saat 15:00-16:00);
  8. Elxan Elatlı ( “İmza mərasimi”, saat 16:00-17:00);

Qeyd edək ki, sərgini Azərbaycan Nəşriyyatları İctimai Birliyi təşkil edir.