Sumqayıt şəhər Heydər Əliyev mərkəzində 5 noyabr 2021-ci il tarixində “Zəfər Palitrası” adlı sərgi təşkil olunacaq.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə:
- 18 yaşdan yuxarı olan şəxslər;
- yerli və xarici rəssamlar;
- heykəltəraşlar;
- təsviri və dekorativ tətbiqi sənət ustaları əsərləri ilə iştirak edə bilərlər.
İştirak qaydaları:
– rəsmlərin fotoları (2-5 mb həcmli, adı, ölçüsü, müəllifin adı, soyadı və ata adı qeyd olunaraq) [email protected] elektron ünvanına göndərilməlidir.
Əsərlər 31 oktyabr 2021–ci il saat 18:00-dək Sumqayıt Dövlət Rəsm Qalereyasına təhvil verilməlidir və hər iştirakçı maksimum 2 əl işi təqdim edə bilər.
Nümayiş olunan əsərlərin müəllifləri diplomlarla təltif ediləcəklər.