Sumqayıt şəhər Məhkəməsinin önündəki yolda çökəkliklər yaranıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhər Məhkəməsinin önündə yol uzun müddətdir ki təmir edilmir.

Sumqayıt24-ə verilən məlumata əsasən, yeni 9-cu mikrorayon ərazisində, yaşayış binalarının aşağısında asfalt dağılıb və burada bir neçə çökəklik yaranıb. Həmçinin məhəllədə, yolun avtomobil hərəkəti üçün nəzərdə tutulmuş hissəsi də eyni vəziyyətdədir, bu isə avtomobillərin hərəkət etməsini çətinləşdirir.

“Bu yol ilə maşını sürmürəm, çünki hər dəfə avtomobilin altı çökəklik səbəbindən dəyir və zədələnir. Ona görə məcbur oluruq ki, başqa yolla gələk-gedək”,- izləyicilərdən biri redaksiyamıza bildirib.

“Yol ne vaxtdır ki bu gündədir. Yağış yağan kimi o çökəkliklər su ilə dolur, oradan keçmək qeyri-mümkün olur. Xahiş edirik bu bu yolada əl gəzdirsinlər”,- digər oxucumuz yazır.

Foto Sumqayıt24
Foto Sumqayıt24