Sumqayıt şəhər Muğam Mərkəzində şəhərin 72-ci ildönümü qeyd edilib

Total
0
Shares
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi

Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü münasibəti təntənəli şəkildə qeyd olunub. Bu barədə bu gün, 23 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Tədbir Sumqayıt şəhər Muğam Mərkəzində keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını və şəhər sakinlərini “Şəhər günü” münasibəti ilə təbrik edib. Burada Sumqayıt sürətli inkişafından danışılıb. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi Facebook
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi Facebook
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi Facebook
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsi Facebook