Sumqayıt şəhər Polis İdarəsinin 2-ci və 3-cü polis bölmələrinə yeni təyinatlar edilib. Bu barədə Xeberle.com bu gün, 24 sentyabr tarixində məlumat yayıb.
Daxili İşlər Nazirinin əmrlərinə əsasən, Polis kapitanı Xalid Günəsov 2-ci polis bölməsinin rəisi vəzifəsindən azad edilərək, 3-cü polis bölməsinin rəisi təyin edilib.
General-polkovnik Vilayət Eyvazovun imzaladığı digər əmrlə polkovnik-leytenant Bəhruz Musayev 2-ci polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.