Sumqayıt: şəhər ərazisində 500 ədəd müxtəlif ağac əkilib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda ağacəkmə aksiyaları davam etdirilir. Bu səfər şəhər ərazisində 500 ədəd müxtəlif ağac növü əkilib. Bu haqda DünyaTV-yə istinadən xəbər veririk.

Belə ki, Yaşıllaşdırma idarəsinin əməkdaşları Sülh prospektində və Yəhya Məmmədov (“Metallurq”) küçəsində – sərv, şam ağacı, oleandr və Xan çinarı əkilib.

Həmçinin, Təmilzik departamenti tərəfindən adıçəkilən prospekt boyunca səki daşları yuyulub. “Metallurq” küçəsində təşkil olunan ağacəkmə aksiyası iməcilik işləri ilə davam etdirilib.