Sumqayıt şəhər sakinində narkotik maddə aşkar edilib

Total
0
Shares
Foto AdobeStock
Foto AdobeStock

Sumqayıtda polis əməkdaşları şəhər sakinindən 405 qram marixuana aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Musayev saxlanılıb. Aşkarlan marixuana müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır.