Sumqayıtda 4-cü mikrorayonun bir hissəsində kanalizasiya qapaqları yoxdur. Bu haqda izləyicilər Sumqayıt24-ə bildiriblər.
Verilən məlumata əsasən, problem Hərbi komissarlığın yanında, səkinin ortasında yaranıb. Qeyd olunan yerdə, kanalizasiya qapaqları çıxarılıb və yerinə yeniləri quraşdırılmayıb. Əksinə, kanalizasiya quyularınını ağızları taxta ilə döşənib.
Ehimal olunur ki, səki yenicə asfaltlandığı üçün, həmin lyklar asfaltın altında qalmışdırlar və bu işlər onları səki ilə eyni səviyyəyə gətirmək məqsədi ilə aparılır.