Avropa İttifaqı (Aİ) Sumqayıtda “yaşıl şəhər” layihəsini həyata keçirməyi planlaşdırır.
Reporta-a istinadən, Aİ-nın Əməkdaşlıq şöbəsinin müdiri Viktor Boykovun sözləri:
“Layihə yaşıl ətraf mühitin yaradılmasını, rəqəmsal əlaqələndirməni özündə ehtiva edir. Sentyabrın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə görüşümüz baş tutacaq. Daha sonra isə layihə ilə bağlı icra edəcəyimiz planlar olacaq”.
Layihə biznesə dəstək vasitəsilə innovativ, dayanıqlı, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildi. Həmçinin burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir.