Sumqayıtda fəaliyyət göstərən “Ordubad” marketdə tibbi-profilaktik tədbirlər görülüb. Bu haqda DünyaTv xəbər yayıb.
Dezinfeksiya işləri gecə saatlarında, market bağlanandan sonra başlanılıb və mutəmadi olaraq davam etdiriləcək. 40-cı məhəllədə yerləşən marketdə bütün səbətlər, kassalar və ödəmə terminalları xüsusi maddələrlə dərmanlanıb.
Qeyd edək ki, 17 sentyabr tarixində “Ordubad” marketin fəaliyyətti bir neçə günlük dayandırılımışdır.