Sumqayıt şəhərinə Belçika Krallığının səfiri səfər edib

Total
0
Shares
Foto Sumqayıt şəhər İcra Hakimiyyəti
Foto Sumqayıt şəhər İcra Hakimiyyəti

Sumqayıt şəhərinə Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans səfər edib. Bu haqda SumqayıtXeber bu gün, 19 noyabr tarixində məlumat yayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Sumqayıtın tarixi, sənaye potensialından, Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələrindən danışılıb. Zakir Fərəcov, həmçinin Sumqayıt şəhərinin Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu bildirib.

Görüşdən sonra səfir Mişel Pitermans Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib.