Sumqayıt: şəhərin mərkəzi prospektində zibil qutuları yığışdırılmır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın mərkəzi prospektində zibil qutuları pis gündədir. Bu haqda Sumqayıt24-ə bu gün, 25 oktyabr tarixində məlumat daxil olub.

Yolun qırağında yerləşən qutular zibil ilə aşıb-daşırlar. Ətrafı piz qoxu bürüyüb və tullantılar ətrafa, bəziləri isə yolun ortasına səpilib. Bu mənzərə Heydər Əliyev prospektinin qutaracağında müşahidə olunur.

Bənzər mənzərəyə, şəhərin əksər məhəllələrində də rast gəlmək mümkündür. Məsələn, 16-cı məhəllə. Burada zibil qutuları qırığdır və yığılan tullantılar uzun müddətdir ki ərazidən aparılmır.

Bundan əvvəl, 2-ci məhəllədə olan sınıq qutular barədə xəbər vermişdik.

Foto Sumqayıt24
Foto Sumqayıt24