Sumqayıt şəhərində ümumi sahəsi 500 m² olan tikilidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin birinci mərtəbəsində 1 ədəd elektrik lövhəsi və 3 p.m kabel yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.