“Muğanbank” ASC Sumqayıt şəhərində təcrübə proqramı elan edir. Təcrübə proqramına “iqtisadiyyat” və “maliyyə” sahələri üzrə ali təhsil almış gənclər qoşula bilərlər.
İştirak üçün aşağıdakı tələblər mövcuddur:
– Məntiqi və analitik düşünmə qabiliyyəti;
– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
– Ünsiyyət və təqdimat bacarığı.
3 ay davam edən təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir, yüksək nəticə göstərənlər isə işlə də təmin oluna bilərlər.
Karyerasını bank sektorunda qurmaq istəyən gənclər 01.11.2021-ci il tarixinə kimi CV-lərini (3×4 formatlı şəkil, təhsili əsaslandıran sənədi də əlavə edilməklə) mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına göndərməlidirlər.