Sumqayıt şəhərində növbəti reyd keçirilib

Total
0
Shares
Foto AQTA
Foto AQTA

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən reyd zamanı kafelərin birində nöqsanlar aşkar olunub. Bu barədə bu gün, 16 noyabr tarixində AQTA məlumat yayıb.

Məlumata əsasən, 43-cü məhəllədə yerləşən, Hətəmov Zair Məzahir oğluna məxsus “Love is” kafesində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Monitorinq zamanı qanunu pozan 7 müəssisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.