Sumqayıtda 6 sentyabr tarixində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Binanın pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və qoruyucu açar yanıb.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən 5 sentyabr axşam saatlarında Saray qəsəbəsində fərdi yaşayış evində yanğın baş vermişdir. Nəticədə birmərtəbəli evin 6 kv.m döşəməsi yanıb, dəhlizin və hamam otağının lambirdən ibarət tavanı əriyib.
Hər iki yanğın söndürülüb.