Sumqayıt şəhərinin Mədəni İnkişaf Strategiyasının hazırlanması planlaşdırılır

Total
0
Shares
Foto Sağlam Düşüncə Gənclər Təşkilatının saytından
Foto Sağlam Düşüncə Gənclər Təşkilatının saytından

Sumqayıt “Mədəni İnkişaf Strategiyalarının hazırlanmasında Şərq Tərəfdaşlığı Bölgəsinin qeyri-paytaxt şəhər və rayonlarına dəstək” müsabiqəsini uğurla keçən 5 Azərbaycan şəhərindən biri olub. Bu haqda Sağlam Düşüncə Gənclər Təşkilatının (SDGT) təsisçisi bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birlikdə EU4Culture sözügedən müsabiqəyə Sumqayıt şəhəri adından müraciət edib. Nəticədə şəhər ilk müsabiqədən uğurla keçərək tam layihə təqdim etmək hüququnu qazanıb.

Növbəti mərhələdə Sumqayıtın Mədəni İnkişaf Strategiyalarının Hazırlanması istiqamətində şəhərin bütün təbəqələrini əhatə edəcək bir fokus qrup formalaşdırılacaq və layihə təklifi hazırlanacaq. Təklifi dəstəkləndiyi qrupla görüşlər və müzakirələr təşkil ediləcək.

Axtarılan şəxslərin əsas meyarları

  • Şəhərin təməlinin qoyulmasında iştirak etmiş və əməyi olan
  • Şəhərin mədəni, ictimai, siyasi həyatında fəal iştirak etmiş
  • Şəhərin mədəni inkişafında ideya, töhfə verməkdə həvəsli və maraqlı olan

Layihəyə qatılmaq istəyən şəxslər 10 sentyabr tarixinədək əlaqə saxlaya bilərlər:

Ramiz Əliyev, [email protected],

Əlaqə nömrəsi: 050-321-72-90