Sumqayıt: H. Z. Tağıyev qəsəbəsində yolların təmirə ehtiyacı var

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində yollar keçilməz vəziyətdədir. Bu xəbər ilə oxucular Sumqayıt24-də 11 noyabr tarixində müraciət ediblər.

Fərrux Qayıbov küçəsində asfaltın olmaması burada yaşayanlar üçün çətinlik yaradır. Sakinlərin sözlərinə görə, asfalt örtüyü ilk dəfə salınandan bəri tezələnməyib.

“Yağışlar yağdıqda buralar keçilməz gölə dönür. Ətrafı isə palçıq olur. Dəfələrlə bu yolda ayağım burxulub. Sovet vaxtı qoyulmuş asfalt çoxdan ömrünü yaşayıb ”,- deyə sakin bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24