Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yük avtomobili yol kənarına aşması nəticəsində 1 nəfər avtomobilin altında qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında xəbər paylaşılıb.
Məlumata əsasən FHN “112” qaynar xəttinə “HOWO” markalı yük maşının aşması və 1 nəfərin altında sıxılı vəziyyətdə qalması barədə zəng gəlib. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Köməksiz vəziyyətdə qalan şəxsi avtomobilin altından çıxararaq xəstəxanaya çatdırıblar.