13 noyabr saat 15:00-da xaricdə təhsil almaq istəyən tələbələrlə Sumqayıt Heydər Əliyev Mərkəzində görüş keçiriləcək. Bu haqda Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.
Bu görüşdə xaricdə təhsil sahəsində çalışan, və eyni zamanda doktorluq dərəcəsi üzrə təhsil alan Əli Novruzov universitetlərə qəbul prosesindən danışacaq. Həmçinin, gəncləri maraqlandıran suallar cavablandırılacaq.
Görüşdə iştirak üçün aşağınakı linkdən qeydiyyatdan keçmək mütləqdir: https://forms.gle/RnUcbtNga4cmQBZ99